Türkiyədə təhsil alan xarici tələbələr arasında Azərbaycan vətəndaşları birinci yerdədi

4 May 2017 22:00 (UTC+04:00)

Türkiyədə təhsil alan xarici tələbələr arasında Azərbaycan vətəndaşları birinci yerdədi. “Movqe” TRT-yə istinadən xəbər verir ki, 2016-cı ilin yekunlarına əsasən, hazırda Türkiyədə Azərbaycandan olan 15 min 36 nəfər təhsil alır. 

Sonrakı yerləri Suriya (14 min 765 tələbə) və Türkmənistan (10 min 642) tutur.
Məlumata görə, Türkiyədə xarici ölkələrin 795 min 962 vətəndaşı təhsil alır.