Erməni hərbçinin ayağını kəsdilər

5 May 2017 11:36 (UTC+04:00)

Ötən gün Ermənistanın Tavuş vilayətində mina partlaması nəticəsində yaralanan hərbi qulluqçu Şirak Sahakyan bu gün İrəvanın Muratsani hərbi hospitalına yerləşdirilib.

Movqe.az  azvision.az-a istinadən xəbər verir ki, yaralı hərbçinin bir ayağı amputasiya olunub.

Çoratan kənd bələdiyyəsinin rəisi Varujan Bağmanyan ArmLur.am-a bildirib ki, Şirazı Berd hospitalına ağır vəziyyədə gətiriblər. Hazırda onun həyatı təhlükədə olmasa da, bir ayağını kəsiblər.