"Neftçi"dən ayrılan futbolçu "Sumqayıt"da

5 May 2017 12:27 (UTC+04:00)

Azərbaycan Premyer Liqasında mübarizə aparan "Sumqayıt" klubu gün ərzində ikinci futbolçu transferini həyata keçirib. 

Movqe.az goal.az-a istinadən verdiyi məlumata görə, "Neftçi"dən ayrılan Cavid İmamverdiyevlə müqavilə imzalanıb. 26 yaşlı yarımmüdafiəçi 1 illik anlaşmaya imza atıb. 

Daha əvvəl "Sumqayıt" "Kəpəz"in kapitanı Tural Axundovu heyətinə qatıb. 

Qeyd edək ki, Cavid İmamverdiyev "Neftçi"dən başqa, "Karvan" və "Elazığspor"un da şərəfini qoruyub.