Gəncə Dövlət Universiteti tərəfindən təşkil olunmuş beynəlxalq elmi konfrans keçirilib

5 May 2017 14:06 (UTC+04:00)

 Gəncə DövlətUniversiteti tərəfindən “Gəncə MDB-nin Mədəniyyət Paytaxtı 2017” layihəsi çərçivəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Müasir təbiət elmlərinin aktual problemləri” mövzusunda keçirilən  beynəlxalq elmikonfransda Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, Fransavə İspaniyadan olan 150 nümayəndə iştirak etmişdir.
İştirakçılar konfrans başlamazdan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra beynəlxalq elmi konfrans başladı. Konfransda ilk olaraq Gəncə şəhərinin mədəni həyatını əks etdirən video çarx nümayiş etdirildi.
Konfransı giriş sözü ilə açan Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev iştirakçıları salamlayaraq, onlara Azərbaycan dövlətinin qurucusu, memarı olan Heydər Əliyevin şərəfli həyat yolundan, ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə əldə olunan uğurlardan, müstəqil Azərbaycan dövlətinin və dövlətçiliyinin möhkəmləndirilməsində ulu öndərin müstəsna xidmətlərindən söz açaraq çıxışını Heydər Əliyevin "Azərbaycanın müstəqilliyi daimidir, dönməzdir və əbədidir" fikri ilə tamamladı.
Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibov konfrans iştirakçılarına Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin nəzəri irsindən, möhtəşəm fəaliyyətində təhsil məsələlərinin xüsusi yer tutmasından, Ulu öndərimizin ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə almasından, yüksək dəyərləndirməsindən bəhs etmişdir. Professor Yusif  Yusibov konfransın 11 bölmədən ibarət olduğunu bildirdi. 
AMEA-nın Gəncə bölməsinin akademik katibi Fuad Əliyev akademiyanın inkişafının böyük bir mərhələsinin görkəmli Dövlət Xadiminin adı ilə birbaşa bağlı olduğunu bildirərək, qədim elm və mədəniyyət mərkəzi olan Gəncədə keçirilən beynəlxalq elmi konfransın işinə uğurlar arzu etdi.
Türkiyə Respublikasının İğdır Universitetinin rektoru Mehmet Hakkı rəhbərlik etdiyi universitetdəki təhsil sistemi və fəaliyyətindən, ölkəmizdəki ali təhsil ocaqları ilə əməkdaşlıq etməyə hazır olduğundan, Gürcüstan Respublikasının Telavi Dövlət Universitetinin təbiət və dəqiq elmlər fakültəsinin dekanı Maqda Davitaşvili Gəncə Dövlət Universiteti ilə olan əməkdaşlığının inkişafından, Voronej Dövlət Universitetinin professoru kimya elimləri doktoru Aleksandr Zavrajnov "Çox komponentli sistemlərin faza diaqramlarının tədqiqinin bəzi yeni üsulları"ndan, AMEA Neft-Kimya Prosesləri İnstitunun direktoruakademik Vaqif Abbasov "Kimyanın digər fənlərlə əlaqəli tədrisində informasiya texnologiyalarından istifadə prespektivləri"ndən, Gəncə Dövlət Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvüVaqif Novruzov "Heydər Əliyev- bioloji müxtəliflik və ekoloji stabillik strategiyası"ndan bəhs edən məruzələri dinlənildi.Sonda beynəlxalq elmi konfransın qətnaməsi oxundu.