Dörd azərbaycanlı gəncin bu ixtirası DÜNYANIN DİQQƏT MƏRKƏZİNDƏ

5 May 2017 21:23 (UTC+04:00)

Azərbaycan Texniki Universitetinin tələbələri qeyri-adi eynəklər hazırlayıb.

Movqe.az qafqazinfo-ya istinadən xəbər verir ki, universitetin IV kurs tələbələri olan Şahin Xəlilov, Taleh Qurbanov, Alim Babazadə və İdrak Əsədbəyli ADA universitetində keçirilən "Seedstars World" adlı yarışda iştirak ediblər. Onların hazırladığı qeyri-adi eynəklər hər kəsin böyük marağına səbəb olub və tələbələr yarışmada qalib olublar. 

Belə ki, gənc ixtiraçıların hazırladıqları eynək sürücünün yuxuya getməsini 3 saniyə ərzində müəyyən edir və yuxudan ayılması üçün xəbərdarlıq siqnalı verir. 

Qeyri-adi ixtiraları ilə qalib gələn komanda üzvləri hazırda bu layihənin həyata keçirilməsi üçün şirkətlər və iş adamları ilə görüşürlər.