Bu il vergi ödəyiciləri tərəfindən büdcəyə 2 milyard 250 milyon manatdan çox vəsait daxil olub

5 May 2017 16:47 (UTC+04:00)

Yanvar-aprel aylarında vergi daxilolmaları üzrə büdcə tapşırıqları tam həcmdə icra olunub.

Nazirliyin Media və Kommunikasiya Mərkəzindən  verilən məlumata görə, bu ilin yanvar-aprel ayları ərzində vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə 2 milyard 256 milyon 748 min manat məbləğində vəsait ödənilərək Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoz tapşırıqlarına 106,3% əməl olunub.

mənbə: Trend