Tovuzda “Porsche” yanıb

6 May 2017 10:39 (UTC+04:00)

Tovuz şəhərində yanğın qeydə alınıb.

Movqe.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki,ovuz şəhərində vətəndaşa məxsus “Porsche” markalı minik avtomobilininin idarəetməni itirərək beton hasara çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib. Nəticədə avtomobilin mühərik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 23:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.