Makron Fransa prezidenti seçkilərinin ikinci turunda qələbə qazanır

7 May 2017 22:30 (UTC+04:00)

"İrəli" hərəkatının lideri Emmanuel Makron Fransa prezidenti seçkilərinin ikinci turunda 65,9% səslə qələbə qazanır.

Movqe.az-ın BFM TV telekanalına istinadən verdiyi məlumata görə, bu haqda Elabe tədqiqat institutu xəbər verir.

Telekanalın məlumatına görə, "Milli cəbhə" partiyasının lideri Marin Le Pen 34,1% səs yığıb.