Nərimanovda yanğın baş verib

8 May 2017 09:36 (UTC+04:00)

Bakı şəhəri, Nərimanov rayonunda yanğın qeydə alınıb.

Movqe.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki,Bakı şəhəri, Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 9 m2 sahədə və mətbəx əşyaları yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 04:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.