MM-in növbəti iclasının gündəliyinə 10 məsələ daxil edilib

8 May 2017 10:48 (UTC+04:00)

Mayın 16-da Milli Məclisin növbəti iclası keçiriləcək.Movqe.az-ın APA-ya istinadən məlumatına görə, iclasda on məsələnin müzakirə olunması təklif olunub. Gündəliyə Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi, İnzibati Xətalar Məcəlləsində dəyişik edilməsi, “Məhkəmə-Hüquq Şurası haqqında” qanunda dəyişiklik edilməsi, “Pasportlar haqqında” qanunda dəyişiklik edilməsi, “Telekommunikasiya haqqında” qanunda dəyişiklik edilməsi, Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi, “Dini etiqad azadlığı haqqında” qanunda dəyişiklik edilməsi, “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanunun layihəsi barədə (ikinci oxunuş), “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun layihəsi (ikinci oxunuş), “Kabel şəbəkəsi yayımı haqqında” qanunun layihəsinin müzakirə olunması daxildir.