Gənc alimin uğurları

8 May 2017 15:37 (UTC+04:00)

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun iqtisadiyyat şöbəsinin böyük elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Cavadxan Qasımovun müəllifi olduğu “İqtisadi terminologiya və anlayışlar: aqrar sektor, məşğulluq sosial sfera” adlı kitabı çap edilib. Kitabda iqtisadiyyatın göstərilən sahələri üzrə iqtisadi termin və anlayışların qısa yığcam izahı verilmişdir. Kitabdan əsasən orta məktəblərin 9-11-ci sinif şagirdləri, ali məktəblərin bakalavr pilləsində təhsil alan tələbələr, gənc iqtisadçılar və maraqlanan şəxslər də istifadə edə bilərlər. 

Ölkəmizdə elmin və təhsilin hərtərəfli qayğı və diqqətlə əhatə olunduğu, müasir dünyanın öz çağırışlarını iqtisadi dildə etdiyi bir vaxtda belə marrifləndirici nəşrlərin mühüm əhəmiyyəti vardır. Bu mənada müəllifin yazdığı kitab özünün sosial-iqtisadi mahiyyəti və aktuallığı ilə seçilməkdədir. Kitabda qeyd olunan sahələr üzrə 600-ə qədər termin və anlayışların izahı verilmişdir. 
Qeyd edək ki, bu, müəllifin sayca ikinci kitabıdır. Bundan əvvəl “Aqrar sektorda məşğulluq probleminin həlli” adlı monoqrafiyası çap edilmişdir.