"Kibariyə azərbaycanlı pərəstişkarlarını aldatdı"

8 May 2017 19:00 (UTC+04:00)

Bu yaxınlarda Bakıda qonaq olan Kibariyənin Azərbaycan səfərinə Türkiyə mediası da etinasız qalmayıb. Lakin qardaş ölkə mediası bu dəfə Kibariyənin Bakıya hansı məqsədlə gəlməyinə yox, azərbaycanlı pərəstişkarlarını aldatdığı haqda məlumatlara geniş yer verib.

Movqe.az milli.az-a istinadla Türkiyə KİV-ində Kibariyənin Bakı səfəri zamanı azərbaycanlı pərəstişkarlarını aldatdığı barədə yazılmış xəbərlərdə yer alan şok iddianı təqdim edir:

"Müğənni Kibariyə yenə yalan danışıb. Daha öncə "hamiləyəm" deyib yalan xəbər verən Kibariyə bu dəfə də azərbaycanlılara "Şakira ilə tez-tez görüşürük. Onunla duet oxudum" deyə yalan danışıb. Azərbaycanlılar Kibariyənin yalanına çox əsəbləşiblər. O, bu dəfə də azərbaycanlı pərəstişkarlarını aldatmağa çalışıb.

Kibariyə söylədiyi yalanlarla adına "yalançı" damğası vurub".