İki "təzə bəy"li toy: Olimpiya ulduzu "Oskar"lı sevgilisinə ərə getdi - FOTO

8 May 2017 19:30 (UTC+04:00)

 

Britaniyanın gənc və məşhur idmançılarından biri, suya tullanma üzrə Olimpiya Oyunlarında iki medal qazanmış 22 yaşlı Tom Deyli ilə "Oskar" mükafatı laueratı, amerikalı ssenariçi Dastin Lens Bləkin toyu olub.

Movqe.az bildirir ki, 4 ildən bəri qeyri-rəsmi nikahda yaşayan "sevgililər" sosial şəbəkələrdəki profillərində nikah və toy fotolarını paylaşıblar.

Tomun dediyinə görə, "əri" Dastinlə 2013-cü ildə tanış olub: "İlk baxışda anladım ki, bu adama ərə getmək və həyatımın sonunadək onunla yaşamaq istəyirəm".

Deyli ilə Dastin Lens Bləkin toyu İngiltərənin Plimut şəhərinin yaxınlığındakı Bovi qəsrində olub.

milli.az