DÜNYA ŞOKDA! Mədəsindən İLAN ÇIXDI

1 May 2018 14:28 (UTC+04:00)

Çində qeyri-adi hadisə baş verib. 

Movqe.az-ın məlumatına əsasən, insanın qarnından ilan çıxarılması əməliyyatının görüntüləri yayılıb. 

Görüntülərdən məlum olub ki, qəbizlikdən əziyyət çəkən və xüsusi ilan terapiyası qəbul edən şəxsin mədəsindən təxminən yarım metr uzunluqla ilan çıxarılır. 

Bildirilir ki, dünyanın bir çox yerlərində insanların qəbizlik problemi düz bağırsağa kiçik ilan daxil edilməsi yolu ilə həll edilir. 

Məhz bu müalicə üsulundan istifadə etmiş 49 yaşlı çinli mədəsindəki kəskin ağrılarla həkimə müraciət edib və burada dəhşətli fakt ortaya çıxıb. Məlum olub ki, ilan onun bağırsaqlarında irəliləyərək mədəsinə keçib və burada böyüyərək inkişaf edib. 

Həmin şəxs dərhal əməliyyat edilib və tibbi müdaxilədən sonra mədəaltı vəzində bədxassəli şişin yarandığı da ortaya çıxıb (lent.az).