Suriyada gənc ailə körpəsinə Vladimir Putin adı verdi

8 May 2017 17:54 (UTC+04:00)

Suriyanın Banyas şəhərində gənc ailə yeni doğulmuş körpələrini Rusiya prezidentinin şərəfinə Vladimir Putin Mayxub adlandırıblar. Movqe.az-ın  trend-ə istinadən məlumatına görə, ailə bunu Rusiyanın Suriyaya göstərdiyi köməyə təşəkkür əlaməti olaraq edib.

Ailənin başçısı deyib: "Rusiya prezidentinin ölkəmizə göstərdiyi xoş münasibətinə görə övladımıza Vladimir Putin adını verdik. Rusiya ordusunun Suriyada terrorizmə qarşı mübarizəsini dəstəkləyirik".