Paytaxtda yaşayış binasında yanğın olub

9 May 2017 18:13 (UTC+04:00)

Paytaxtda yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Movqe.az-a verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan 2 otaqlı mənzilin yanar konstruksiyaları 27 m2 sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 16:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.