Prezident İlham Əliyev və xanımı Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

10 May 2017 10:31 (UTC+04:00)

Bu gün müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü günüdür.

Movqe.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvləri, Ulu Öndərin doğmaları, yaxınları Fəxri xiyabanda onun məzarını ziyarət ediblər. 

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, onun xatirəsini ehtiramla anıb.

Azərbaycan Respublikasının dövlət himni səslənib.

Sonra dövlət başçısı oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib.