Alişan Esra Erolun bacısı ilə evliliyə ilk addımı atdı

10 May 2017 11:46 (UTC+04:00)

Müğənni Alişan sevgilisi Eda Erolun ailəsi ilə tanış olub.

Movqe.az bildirir ki, türk mediyasının verdiyi xəbərlərdə qeyd olunur ki, məşhur türk müğənnisi Alişan illərdir evlənməməsi ilə diqqət çəkirdi. Subaylığın daşını atmağı qərarlaşdıran müğənni  Esra Erolun bacısı ilə evlilik yolunda daha bir addım atıb. O, ailəsini sevgilisinin ailəsi ilə tanış edib. Görüşdüyü gecədə səmimi anlar yaşayıb. Alişan görüşdən fotoları paylaşaraq yazıb: "Bu axşam gözəl bir yola doğru addımlarımızı atdıq. Ailələrimiz tanış oldu və hər şey gözlədiyimizdən də gözəl oldu".