İbrahim Erkal ölməyib? - FOTO

10 May 2017 22:12 (UTC+04:00)

Müğənni İbrahim Erkalın ölüm xəbəri Türkiyə gündəmini zəbt edib. 

Movqe.az qafqazinfo-ya istinadən xəbər verir ki, ailəsi sənətçinin rəsmi Facebook səhifəsində onun öldüyünü paylaşıb: 

"Dəyərli sənətçimiz İbrahim Erkal səylərimizə baxmayaraq dünyasını dəyişib. Dualarımız bir, diləyimiz tək olsun. Başımız sağ, məkanı cənnət olsun".

Lakin ailənin paylaşımını müğənninin olduğu xəstəxana təkzib edib.

Onun həkimi Necdar Sağlam Erkalın beyninin öldüyünü açıqlayıb. Bildirib ki, sənətçi aparata qoşulub və ürəyi, digər orqanları fəaliyyətdədir.