Neft 40 dollara düşə bilər

10 May 2017 15:25 (UTC+04:00)

“OPEC və qeyri-OPEC ölkələrinin hasilatın dondurulması ilə bağlı anlaşması olmasa, yaxın zamanlarda neftin dünya bazarındakı qiymətinin 40 dollardan aşağı düşməsi mümkündür. O baxımdan dünya yeni neft “şoku” yaşaya bilər. Neft ölkələri buna hazır olmalıdırlar”. Bunu movqe.az-a İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirdi: “Qlobal neft bazarında yaşananlar da ondan xəbər verir ki, neft ölkələri iqtisadiyyatlarının qeyri-neft sektoru üzrə formalaşması və inkişafı ilə bağlı fəaliyyətlərini intensivləşdirməlidirlər. Çünki neft əvvəlki kimi stabil qiymətə malik deyil və proqnozlaşdırılmır. OPEC və qeyri-OPEC ölkələrinin hasilatın dondurulması ilə bağlı qərarı uzatmama ehtimalları da var. Səudiyyə Ərəbistanının mövqeyi çox önəmlidir. Çünki Səudiyyə Ərəbistanı bazardakı yerinin İran və İraq tərəfindən tutulmasından narahatdır. Yəni hasilatın azadılması ilə bağlı qərarın uzadılacağını birmənalı proqnozlaşdırmaq mümkün deyil”.

Mübariz BAYRAMOV