Ermənistanın faşizmdən qaynaqlanan neonasizm sevgisi

11 May 2017 07:00 (UTC+04:00)

Azərbaycan Xarici İişlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev II Dünya müharibəsində faşizm üzərində qələbənin 72-ci ildönümü ilə bağlı verdiyi açıqlamada deyib: “Ermənistan dövlət səviyyəsində bu gun faşizmin geniş təbliği ilə məşğul olur”. 

Ermənistan dövlətinin meydana çıxdığı vaxtdan keçən 100 ilə yaxın dövrdə bu qurum həmişə özünün insanlığa ləkə olan dünyagörüşü, təbliğatı, həyat tərzi və əməlləri ilə faşizmin yolunu gedib. Sövetlər dönəmində əlaltdan apardığı siyasət haqda informasiyalar gizlədildiyindən hər şey məlum olmurdu. Erməni millətçilərinin və Moskvanın təhdidi və təhriki Azərbaycan  ərazisində yaradılmış Dağlıq Qarabağ muxtar vilayətinin erməni millətindən olan əhalisinin elə o vaxtdan azərbaycanlıların cismən məhv edilməsi yolu ilə vilayətin erməniləşdirilməsi prosesinin baş verməsi faşist ideologiyasının əsaslarının Avropada yaranması ilə paralel getdiyini sübut edir. 
Sovet imperiyası dövründə xaricdən faşizm emissarları Ermənistana və vilayətə sərbəst surətdə gələrək istədikləri şəkildə öz ideyalarını yayırdılar. Bu emissarlar əsasən Amerika və Avropada yaşayan və faşizmə yuvarlanmış ermənilər idi. Uzun illər bu proses sovetin xalqlar dostluğu pərdəsi altında gizlədilib. Lakin müstəqillik qazanandan sonra bu dövlətin və onun başında duranların əsl simaları, daşıdıqları, təbliğ etdikləri ideologiya aydın olub. Ermənilər faşistlərin müasirləşmiş neonasizm ideologiyasının aparıcı qanadına çevrilib. 
Qatı millətçilik, antitürkçülük  erməni neonasizminin baş xətti sayılır. 25 il əvvəl Azərbaycan torpaqlarını işğal edənlərin döyüş strategiyası və taktikası on minlərlə insanın öldürülməsinə, onların milli mənsubiyyətlərinə görə məhv edilməsi erməni neonasizminin baş xətti olduğunu təsdiqləyib. Xocalı soyqırımının törədilməsi buna acı, lakin real misaldır. 
İkinci dünya müharibəsi illərində faşizm üzərində qələbənin əldə edilməsinə öz töhfələrini vermiş Azərbaycanı da hazırda baş qaldıran faşizmin qəhrəmanlaşdırılması, irqçilik, ksenofobiya və şovinizm meyilləri ciddi narahat edir. Təsadüfi deyil ki, BMT Baş Assambleyasının illik əsasda nasizmin və onun digər növlərinə qarşı mübarizə barədə qətnaməsinə Azərbaycan həmmüəllif kimi qoşulub və onu dəstəkləyir. Ermənistan respublikası bu qətnamənin lehinə səs versə də hamiləri kimi ikili standartlar mövqeyindən çıxış edir və ölkədə nasizmin təbliği üçün geniş iş görülür, hətta bu odeologiyanın tərəfdarları qəhrəmanlaşdırılır. Belə ki, faşist Almaniyasının SS generalı Njde Qartegin və “Dro” ləqəbli Drastamat Kanayan II Dünya müharibəsində sovetlərin işğal edilmiş ərazisində yəhudilərə və digər millətlərə qarşı xüsusi amansızlıqla qırğınlar törədiblər. Bolqarıstan və Rumıniyada erməni millətçi təşkilatı “Sexakron”un üzvlərindən cəza qrupları yaradılıb və bütün erməniləri nasistlərlə əlbir olmağa səsləyib. Faşistlərin irqi ayrı-seçkilik və antisemit ideologiyasını mənimsəyən Njde Qareginin formalaşdırdığı şovinist erməni milli məfkurəsi bu gün Ermənistanın hakim respublika partiyasının rəsmi odeologiyasına çevrilib. Ən təhlükəlisi isə Ermənistanın təhsil proqramında “Njdeizm” irqçilik ideologiyası sürətlə gənclərin düşüncəsinə təlqin edilir. Bu ideologiyanın müasir baş ideoloqu isə Ermənistanın hazırkı prezidenti Serj Sarkisyandır. XXI \əsrin əvvəlindən isə “Qaregin Njdenin Təlimi” kitabı Ermənistanın bütün təbəqələrində dövriyyədə olan dövlət siyasətinin ideoloji istiqamətidir.
Bütün bunlar faktdır və dünua ictimaiyyətinə aydındır. Lakin faşizmi lənətləyən bütün dünya, dövlət başçıları nədənsə Ermənistana “gözün üstə qaşın var” demirlər, demək istəmirlər.  Ona görə ki, erməni kimi tarixi kökü bilinməyən millətlərdən istifadə üçün ən yaxşı yol onu fetişləşdirib öz əməllərinin yolunda qurbana çevirməkdir. Düzdür, ermənilər bununla fəxr edirlər. Ancaq onlar BMT Təhlkükəsizlik Şurasında oturmuş dövlətlər üçün əlaltıdan başqa heç bir şey deyillər. Ermənilər bu vəziyyətdən razıdırlar. Ona görə ruhlarına uyğun yaşayırlar. Supergüclər də bundan razıdırlar, çünki regiondakı strateji məqsədləri üçün bu situasiyadan yararlanırlar. Amma ermənilərin fəaliyyəti getdikcə dalana dirənir. Ona görə ki, qarşılarında indi güclü Azərbaycan durur. Erməni faşizminin qara günləri çoxdan başlayıb. Onların əməllərinə görə cavab verəcəkləri gün anbaan yaxınlaşır.
N.NOVRUZ