İslamiada: 3 ölkə Bakıya gəlmədi

10 May 2017 16:37 (UTC+04:00)

Movqe.az goal.az-a istinadən xəbər verir ki, Sudan və Liviya idmançıları, həmçinin İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) bayrağı altında çıxış etməli olan küveytlilərin yarışda iştirakı baş tutmayacaq.

 

İslamiadanın Əməliyyat Komitəsi, İHİF və bu ölkələrin olimpiya komitələri komandaların yarışa gəlməsi üçün əllərindən gələni etsələr də, bu səylər nəticəsiz qalıb.

Beləliklə, Bakıda 57 deyil, 54 ölkənin iştirakı baş tutacaq.