Dünya Bankı: Yaxın iki ildə Azərbaycanda inflyasiya 2 dəfə azalacaq

11 May 2017 14:40 (UTC+04:00)

Bu il Azərbaycanda inflyasiyanın 7,8% olacağı proqnozlaşdırılır. "Movqe" xəbər verir ki, bu proqnoz Dünya Bankının "Trade in Transition" hesabatında qeyd edilib.

Hesabatda daha iki ilin inflyasiya proqnozu da verilib: "Gələn il üçün 4,2%-lik, 2019-cu ildə isə 3,8%-lik inflyasiya gözlənilir".