4 yaşlı uşağın meyitinin tapan saxlanıldı-Azərbaycanda

11 May 2017 15:10 (UTC+04:00)

Qubada 4 yaşlı uşağın meyitini tapan şəxs saxlanılıb. Movqe.az-ın APA-a istinadən məlumata görə, Qubanın Çılğır kənd sakini,1990-cı il təvəllüdlü Məlikov Xəyyam Yarəhməd oğlu uşağın meyitini tapıb ailəsinə verdikdən bir neçə saat sonra saxlanılıb. Faktı Çılğır kənd bələdiyyəsinin sədri Cahangir Məmmədov da təsdiqləyib.
 
Quba rayon Prokurorluğu saxlanılan şəxslə bağlı açıqlama verməkdən imtina edib.
 
Qeyd edək ki, Qubanın Bərqov kənd sakini, 2013-cü il təvəllüdlü Mustafayev Fuad Həbib oğlunun meyiti evlərinin yaxınlığında tapılıb.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.