Evlənmək istəyənlərdə dəhşətli xəstəliklər aşkarlandı

11 May 2017 15:38 (UTC+04:00)

Ötən ay nikaha daxil olmaq üçün müayinədən keçən 9 min 653 nəfərdən 40 nəfərində sifilis, 7 nəfərində QİÇS aşkar edilib.Bunu Movqe.az-a açıqlamasında Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib. Onun  sözlərinə görə, ötən ay ərzində nikaha daxil olmaq üçün müayinədən keçənlərin 301 nəfərində talassemiya daşıyıcılığı aşkar edilib. Üç cütlüyün  ikisində bu qan xəstəliyi tapılıb. Zöhrə Əlimirzəyeva qeyd edib ki, 2015-ci il iyunun 1-dən bu ilin aprel ayının sonunadək 268 min 174 nəfər nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi keçirilib: “11 min 516 nəfərdə talassemiya daşıyıcılığı, 1060 nəfərdə sifilis, 191 nəfərdə isə QİÇS aşkar edilib". 

Qeyd edək ki, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşların tibbi müayinədən keçməsi mütləq sayılır.

Zülfiyyə QULUYEVA