46 ölkənin idmançıları Atletlər Kəndinə yerləşdirildi

11 May 2017 16:37 (UTC+04:00)

“Hazırda 46 ölkənin idmançıları Atletlər Kəndinə yerləşdirilib. Bu gün isə 8 ölkənin nümayəndələrini gələcək”.
Movqe.az xəbər verir ki, bunu “Bakı 2017” İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin Beynəlxalq Əlaqələr departamentinin rəhbəri və icraçı direktoru Könül Nurullayeva deyib.
Onun sözlərinə görə, bu gün 8 ölkənin nümayəndələrini gələcək.

İcraçı direktor bildirib ki, idmançıların boş vaxtlarını keçirməsi üçün mərkəz fəaliyyət göstərir.
“Həmin mərkəzdə onlar stolüstü-tennis oynaya bilər və ya komanda şəklində televiziya verilişlərinə baxa bilərlər. Bu kimi əyləncələr nəzərdə tutulub. Lakin idmançıların elə də çox boş vaxtı yoxdur. Onlar daha çox məşqdə olurlar”.