Bakının mərkəzində oteldə 30 yaşlı kişi bıçaqlanıb

11 May 2017 17:58 (UTC+04:00)

Bakının mərkəzində oteldə bıçaqlanma hadisəsi baş verib. “Report”un xəbərinə görə, hadisə paytaxtın Səbail rayonu, İçərişəhər, S.Quliyev küçəsində yerləşən “Shah Palace” adlı oteldə qeydə alınıb.
Belə ki, orada fəhlə çalışan 1988-ci il təvəllüdlü Teymur Qasımov həmkarı, 1987-ci il təvəllüdlü Mahal İsmayılovun döş qəfəsinə bıçaqla xəsarət yetirib.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.