Bakıda itkin düşmüş qızın özünü dənizə atdığı məlum olub

11 May 2017 18:10 (UTC+04:00)

Bakı şəhəri, Nəsimi rayonunda itkin düşmüş 19 yaşlı qızın özünü dənizə atdığı məlum olub. Movqe.az “Report”a istinadən xəbər verir ki, mayın 4-də itkin düşmüş 1998-ci il təvəllüdlü Nailə Məmmədovanın (ad və soyad şərtidir) 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirildiyi müəyyənləşdirilib.
Araşdırmalar zamanı məlum olub ki, qız intihar məqsədi ilə özünü dənizə atıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.