Naxçıvanda 450 mininci sakin dünyaya gəldi

11 May 2017 22:30 (UTC+04:00)

Naxçıvan şəhər sakinləri Orxan Babayev ilə Şəbnəm Abdullayevanın ailəsində mayın 4-də Naxçıvan Muxtar Respublikasının 450 mininci sakini – Babayev Fərhad Orxan oğlu anadan olub.

Mayın 10-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümündə Doğum Mərkəzində bu münasibətlə tədbir keçirilib. MR-nın Dövlət Statistika Komitəsinin sədri Kamal Cəfərov körpənin anası Şəbnəm Abdullayevaya övladının Naxçıvan MR-nın 450 mininci sakini olması ilə bağlı arayış təqdim edib. 

Səhiyyə naziri Niyazi Novruzov uşağın sağlamlığı haqqında məlumat verərək deyib ki, 3 kiloqram 800 qram çəkidə doğulan uşaq tam sağlam şəkildə dünyaya gəlib və inkişaf prosesi normal qaydada gedir.