Bərdədə 3 otaqlı ev yanıb

12 May 2017 08:08 (UTC+04:00)

Bərdədə yanğın hadisəsi qeydə alınıb.

Movqe.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Qaraməmmədli kəndində vətəndaşa məxsus ümumi sahəsi 124 m2 olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evdə baş verib. Nəticədə evin 2 otağının, aynabəndinin, mətbəxinin və dam örtüyünün yanar konstruksiyaları 96 m2 sahədə yanıb. 

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.