Azərbaycanda 3 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürüb

12 May 2017 08:52 (UTC+04:00)

Sabirabadda baxımsız qalan uşağı elektrik cərəyanı vuraraq öldürüb. 

Movqe.az  milli.az-a istinadən xəbər verir ki, bədbəxt hadisə Sabirabad rayonunun Əsədli kəndində qeydə alınıb. Həmin kəndin sakini, 2014-cü il təvəllüdlü İmanov Fərid Daşqın oğlu valideynlərinin gözündən yayınaraq  elektrik cərəyanına toxunub. Nəticədə uşaq hadisə yerində elektrik cərəyanı vurmasından dünyasını dəyişib. 

Faktla bağlı araşdırma aparılır.