"Yaxşı oğlandır" - Tramp Çin lideri barədə

12 May 2017 10:36 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp bildirib ki, Çin lideri ilə yaxşı münasibətlər qura bilib.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, bu barədə o, özü "The Economist" jurnalına müsahibəsində deyib.

Tramp bildirib: "Çin liderinin aprelin əvvəllərində ABŞ-a olan iki günlük səfəri çərçivəsində onu bəyəndim. 10 dəqiqə görüşəcəyimizi planlaşdırmışdıq, amma görüşümüz 3 saat çəkdi. Növbəti gün də 10 dəqiqə görüşməyi nəzərdə tutduğum halda görüş saatlarla çəkdi. Şam yeməyi də 3 saat davam etdi".

Çib lideri ilə görüşlərinin bu təfərrüatlarını verən ABŞ lideri sonunda Si Tszinpin barəsində deyib: "Həqiqətən, yaxşı oğlandır".