"Tank" ləqəbli idmançımız Niderlandda gərgin döyüşə çıxır

12 May 2017 10:49 (UTC+04:00)

Azərbaycan Kikboksinq Federasiyasının yığma komandasının üzvü, "tank" ləqəbli Xəyal Əhmədov 13 may 2017-cil tarixində Niderlandda gərgin və ağır döyüşünü keçirəcək. Qeyd edək ki, 2017-ci ilə qələbələrlə başlayan Xəyal Əhmədov Avropanı fəht eləməkdədir. Movqe.az xəbər verir ki, yarışlarda məğlubiyyəti özünə yaxın buraxmayan kikboksçumuzun bu dəfəki rəqibi təcrübəli idmançı Dennis Koeimandır. Onu də bildirək ki, Xəyal Əhmədov, həmçinin Yeni Azərbaycan Partiyasının Nizami Rayon Gənclər Təşkilatının sədr müavinidir.