Azərbaycan təmsilçimizin "Eurovision 2017"nin finalında neçənci sırada çıxış edəcəyi məlum oldu

12 May 2017 11:23 (UTC+04:00)

Eurovision 2017" Mahnı Müsabiqəsinin final mərhələsində iştirakçıların çıxış edəcəyi sıralama müəyyənləşib. 
Movqe.az-ın APA-ya istinadən istinadən verdiyi məlumata görə, Azərbaycanı "Sceletons" mahnısı ilə müsabiqədə təmsil edən Diana Hacıyeva 12-ci sırada çıxış edəcək.
 
Mayın 13-də Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək finalda müsabiqə iştirakçılarının sıralaması belədir: İsrail, Polşa, Belarus, Avstriya, Ermənistan, Hollandiya, Moldova, Macarıstan, İtaliya, Danimarka, Portuqaliya, Azərbaycan, Xorvatiya, Avstraliya, Yunanıstan, İspaniya, Norveç, Böyük Britaniya, Kipr, Rumıniya, Almaniya, Ukrayna, Belçika, İsveç, Bolqarıstan və Fransa.