Masallıda evlərdən oğurluq edən şəxs tutulub

12 May 2017 15:22 (UTC+04:00)

Oğurluqda təqsirləndirilən Masallı rayon sakini saxlanılıb.
Movqe.az-ın APA-ya istinadən  verdiyi məlumata görə, şübhəli şəxs qismində saxlanılan, rayonun Yeddioymaq kənd sakini, 31 yaşlı Ağayev Ruslan Ayaz oğlu yaşadığı kənddə gizli yolla evlərə girərək əmlakı talamaqda təqsirli bilinir. R.Ağayev kənddə əsasən yaşayış olmayan evlərə girərək oradan oğurluq edirmiş. Onun vətəndaşlara vurduğu ziyan hesablanır.
Faktla bağlı Masallı rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma gedir.