Azərbaycanda Novruz bayramında 7 gün iş olmayacaq

13 Fevral 2013 13:52 (UTC+04:00)

Nazirlər Kabinetinin (NK) mətbuat xidmətinin rəhbəri Akif Əlinin verdiyi məlumata görə, mart ayının 20-dən 24-nədək rəsmi bayramdır.

Martın 23-24-ü şənbə və bazar günlərinə düşdüyündən martın 25 və 26-sı da qeyri-iş günü sayılacaq.

Beləliklə, ölkə ərazisində Novruz bayramından sonra iş martın 27-dən başlayacaq.