"Kara sevda"nın aktrisası sevgilisindən ayrıldı - foto

12 May 2017 16:37 (UTC+04:00)

Türkiyənin iki məşhur sənətçisi Haluk Bilginer və Zerrin Tekindor ayrılıb.
Movqe.az-ın Axşam.az-a  istinadən məlumatına görə, 6 ildir birlikdə olan cütlüyün ayrılmasında Z.Tekindorun oğlu Hira rol oynayıb.

"Arzu tramvayı" adlı tamaşada rejissor olan Hira H.Bilginerdən müsbət rəy ala bilməyib. Bu vəziyyət Zerrini əsəbiləşdirib, oğluna güvənməyən sevgilisindən ayrılıb. H.Bilginer isə tamaşanı ləğv edib.

Qeyd edək ki, hazırda "Kara sevda"da çəkilən Z.Tekindor aktyor Çetin Tekindorla ailəli olub və bu evlilikdən bir oğlu doğulub. H.Bilginer isə son olaraq müğənni Aşkın Nur Yengi ilə sevgi yaşayıb.