Fransalı jurnalist: İslamiadadakı bütün idman növləri yüksək səviyyədə təşkil olunub

12 May 2017 22:10 (UTC+04:00)

Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarındakı bütün idman növləri yüksək səviyyədə təşkil olunub.

Movqe.az bildirir ki, bunu  Trend-ə fransalı jurnalist Sofian Mehenni deyib.

O qeyd edib ki, təşkilatçılığın yüksək səviyyəsini ilk gündən etibarən görmək olur.

O həmçinin vurğulayıb ki, Bakı xüsusilə də axşamlar heyrətamiz şəhərdir.

Qeyd edək ki, bu gün açılışı olacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.