FHN Mingəçevirdə baş verən qəza ilə bağlı məlumat yayıb

12 May 2017 09:18 (UTC+04:00)

Mingəçevirdə ağır yol qəzası baş verib.

Movqe.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhəri ərazisində iki “VAZ” markalı minik avtomobilinin toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobillərində sıxılmış vəziyyətdə qalmış 5 nəfərin meytini çıxararaq aidiyyətı üzrə təhvil veriblər.

Əməliyyat saat 20:10-da başa çatıb.