Açılış oyunlarının "Mina"sını siz də tanıyın - fotolar

13 May 2017 13:30 (UTC+04:00)

Məlum olduğu kimi, ötən gün Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi oyunlarının rəsmi açılış mərasimi baş tutub. 

Axşam.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, möhtəşəm gecədə yadda qalan əsas məqam Mina və onun babası obrazı olub.  

Baba obrazını xalq artisti, aktyor Nurəddin Mehdixanlı canlandırıb. Minanın səhnədə canlandırdığı obraz sosial şəbəkələrdə onun kim olması barədə maraq doğurub. 

Əsas qəhrəman Minanın əsl adı Eleonora Yusifovadır. Onun hazırda 13 yaşı var. Eleonora 6 yaş yarımından etibarən bədii gimnastika ilə məşğul olur. 

Özündən başqa bir bacısı olan Eleonora Gimnastika Məktəbinin 6-cı sinif şagirdidir. 

Qeyd edək ki, balaca qızcığaz obrazını 5 dublyor canlandırıb.