Azərbaycan duelində sevinən tərəf Hidayət oldu

13 May 2017 21:10 (UTC+04:00)

 

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında cüdo yarışlarında final görüşləri davam edir.

Movqe.az-ın Goal.az-a istinadla məlumatına görə, 73 kq kişilərin finalında Azərbaycan dueli olub. Son Avropa çempionu Hidayət Heydərovla Rio olimpiadasının gümüş medalçısı Rüstəm Orucov üz-üzə gəlib.

Rəqibini ipponla məğlub edən Hidayət Avropa çempionatının ardınca, İslam Oyunlarının da qalibi olub.

Bununla da cüdo yığmamızın aktivindəki medalların sayı 8-ə çatıb - 4 qızıl, 4 gümüş.