İdman gimnastikası üzrə Azərbaycan komandası İslamiadada qızıl medal qazandı - FOTO

14 May 2017 10:37 (UTC+04:00)

Marina Nekrasova, Yuliya İnşina və Yekaterina Tişkovadan ibarət idman gimnastikası üzrə Azərbaycan komandası İslamiadnın idman gimnastikası yarışlarında qızıl medal qazanıb.

Movqe.az Trend-ə istinadən bildirir ki, Türkiyə gümüş, İndoneziya isə bürünc medala sahib olub.

Bu, Azərbaycanın İslamiada çərçivəsində keçirilən gimnastika yarışlarında ikinci qızıl medalıdır. Bundan əvvəl Marina Durunda, Jalə Piriyeva və Zöhrə Ağamirovadan ibarət Azərbaycanın bədii gimnastika üzrə komandası da qızıl medal qazanmışdı.