İslamiadada idman gimnastikası üzrə kişilərdən ibarət Azərbaycan komandası gümüş medal qazanıb - FOTO

14 May 2017 13:11 (UTC+04:00)

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində idman gimnastikası üzrə Murad Ağarzayev, Bense Talas və Timur Bayramovdan ibarət Azərbaycan komandası gümüş medal qazanıb.

Movqe.Az-ın Trend-ə istinadən məlumatına görə, yarışlarda qızıl medala Türkiyə, bürüncə isə İran komandası sahiblənib.

Bundan əvvəl isə idman gimnastikası üzrə qadınlardan ibarət Azərbaycan komandası qızıl medal qazanıb.