Şəmkirdə qadın əri tərəfindən vəhşicəsinə döyüldü - Vəziyyəti ağırdır

14 May 2017 15:04 (UTC+04:00)

 Şəmkir rayonunun Kür qəsəbəsində qadın əri tərəfindən döyülərək ağır xəsarət alıb.

Movqe.Az-ın report-a istinadən Qərb bürosunun məlumatına görə, 1989-cu il təvəllüdlü qəsəbə sakini Elnur Quliyev həyat yoldaşı, 1988-ci il təvəllüdlü İlahə Həsənovanı döyərək baş və bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirib.

Yaralı əvvəlcə yaxınlarının köməkliyi ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Daha sonra Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına köçürülən qadına həkimlər tərəfindən tibbi yardım göstərilib. Onun vəziyyəti orta-ağırdır.