Səhnədə şalvarını çıxaran şəxs tutuldu - Nazirdən açıqlama - FOTO

14 May 2017 15:22 (UTC+04:00)

Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri Arsen Avakov ötən gün "Eurovision-2017"də baş verən xoşagəlməz hadisəylə bağlı açıqlama verib.

Movqe.az-ın qafqazinfo-ya istinadən məlumatına görə, nazir bildirib ki, həmin şəxs artıq tutulub:

"O, Ukrayna vətəndaşıdır. 200 milyon tamaşaçı qarşısında bu hərəkəti edən şəxs məhkəməyə qədər 72 saatlıq saxlanılıb. Tutulan zaman həmin şəxs polisə müqavimət göstərib. Onun haqda ağır xuliqanlıq maddəsi ilə cinayət işi açılıb".

Avakov qeyd edib ki, həmin "azarkeş"i cərimədən 5 il azadlıqdan məhrumetməyə qədər cəza gözləyir.