Bakıda güclü yanğın olub

15 May 2017 09:23 (UTC+04:00)

Bakıda yanğın qeydə alınıb.

Movqe.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonunda inzibati binanın həyətyanı sahəsində 58 ədəd soyuducu və 6 p.m elektrik naqili yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 23:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb