Bakı Mühəndislik Universitetinin tələbəsi ölkəmizi Elm Festivalında təmsil edəcək

15 May 2017 13:53 (UTC+04:00)

Bakı Mühəndislik Universiteti gənc nəslin müasir elmi-texniki keyfiyyətləri mənimsəmiş fərd olaraq yetişməsinə dəstək istiqamətində, dünyadakı texnoloji yeniliklərin elmdə tətbiqini əsas götürərək, əməli addımlar atmağa başlayəb. Bunlardan biri də “FameLab” layihəsidir. Layihə, elmi sinif otağı çərçivəsindən çıxarıb, əyləncəyə çevirmək; eləcə də elm və texnologiyaya böyük həvəsi olan gəncləri öz maraqlarını ictimaiyyətlə bölüşməyə ruhlandırmaq məqsədi ilə təşkil olunan yarışma tipli fəaliyyətdir. 
Qeyd edək ki, elm ilə məşğul olan şəxslərdə danışıq qabiliyyətlərini inkişaf etdirmək imkanları yaradan bu müsabiqədə əsas iştirakçı kütlə 21 yaşdan yuxarı, elm və ictimai istiqamətlərdə işləyən, eləcə də, texniki mütəxəssislər, elm, texnika, mühəndis, tibb və yaxud riyaziyyat sahələrində çalışan şəxslərdir.
Layihə İlk dəfə Böyük Britaniyanın Çeltenham Elm Festivalı tərəfindən yaradılan yarışmanın məqsədi elmi kommunikasiya üzrə ən yeni istedadı axtarıb tapmaqdır.
 “Şöhrət Laboratoriyası”nın məqsədi gənclərdə elmə olan marağı artırmaq gənc alimlərə dəstək verməkdir ki, onlar da öz növbələrində geniş kütləni XXI əsrin elmi nəaliyyətləri ilə maraqlandıra və əyləndirə bilsinlər, elmə aidiyyatı olmayan, tamaşaçı kütləsinə öz yaradıcı ideyalarını çatdıra bilən və təqdim etmə bacarığı olan Azərbaycan elminin yeni simalarını üzə çıxarmaqdır. 
  Azərbaycanda bu yarışma ilk dəfə 2007-2009-cu illərdə  keçirilib. 2017-ci ildə 6-sı təşkil olunan yarışma Bakı Mühəndislik Universitetində   British Council  ilə birgə keçirilir. Yarışda elm sahəsində, ictimai sahədə işləyən, eləcə də texniki mütəxəssislər, elm, texnika, mühəndis, tibb və yaxud riyaziyyat sahələrində çalışan şəxslər iştirak edir.  Yarışmanın yarımfinal mərhələsinə strat verilib. Yarımfinal mərhələsinə 30 –dək layihə  seçilib.  Yarışın qaydasına əsasən bu mərhələdə hər bir iştirakçı 3 dəqiqə ərzində layihəsini təqdim edib.   Sonda  təqdimatlar münsiflər tərəfindən qiymətləndirilib və 10 nəfər finalda iştirak hüququ qazanıb. Yarışın Final mərhələsi də Bakı Mühəndislik Universitetində keçirilib.  Bakı  Mühəndislik Universitetinin rektoru,  professor Havar Məmmədov  çıxış edərək  rəhbərlik etdiyi universitetin yeni yaradılmasına baxmayaraq yüksəks səviyyəli kadrlar hazırlanması üçün  innovativ texnologiyalara əsaslanan bütün layihələrin  keçirilməsini dəstəklədiklərini bildirib.Rektor məqsədi elmi sevdirmək  və gənclərin dəqiq elmlərə marağını artırmaq olan FameLab layihəsinin keçirilməsinin əhəmiyyətli olduğunu bildirib.   British Councilin Azərbaycan üzrə direktoru Elizabet Vayt  tədbirdə iştirakdan mənun olduğunu və təşkilatı dəstək üçün  Bakı Mühəndislik Universitetinin  rəhbərliyinə minnətdarlığını  bildirib. Azərbaycanın seçdiyi qalibin İngiltərədə uğur qazanacağına ümid etdiyini  vurğulayıb.  Münsiflər    British Councilin nümayəndəsi Nigar Nəsrullayeva , Nicat Nəsirli, Emil Civişov və Sevinc Orucova  iştirakçıların potensialından, onlara verilmiş təlimdən , səhnədə sərbəst və elmi tərəfi önə çəkməli olduqlarından və burada qazanacaqları təcrübənin onların həyatında mühüm rolu olacağından danışıblar.  Əməkdar artist Yaqub Zurufçunun iştirakı yarışmaya xüsusi rəng qatıb. Ürək sözlərini bildirən sənətçi Azərbaycanı sevməyi və ölkəmizin uğurları üçün elmli olmağı tövsiyyə edib. İfa etdiyi mahnıları ilə finalçıları təbrik edib.
   Famelab yarışmasının Azərbaycan üzrə kordinatoru Sevil İmanova bildirib ki ,  6-7 ölkənin iştirakı ilə başlayan , hal-hazırda 35 ölkənin iştirak etdiyi ,10 ildir davam edən beynəlxalq layihənin ölkəmizdə 6-cı ildir keçirildiyini diqqətə çatdırdı. Layihə kordinatoru qalibin müəyyən olunmasında münsiflərlə yanaşı auditoriyanında iştrak edəcəyinin izah edib. Layihə kordinatoru final mərhələsində yarımfinal mərhələsindən fərqli olaraq iştirakçılara təqdimat üçün 5 dəqiqə vaxt veriləcəyini də qeyd edib.
   Elmi kommunikasiya üzrə ən yeni istedadı axtarıb tapan milli istedad yarışması olan Şöhrət Laboratoriyasının bu ilki qalibi  Bakı Mühəndislik Universitetinin tələbəsi Bəxtiyar Məmmədli seçilib. O,  ölkəmizi Böyük Britaniyanın Çeltenham Elm Festivalında təmsil etmək hüququ qazanıb.
2-ci  yerə Bakı Dövlət Universitetinin tələbəsi Cəmil Ağasiyev , 3-cü yerə isə AMEA-nın Zoologiya institutunun nümayəndəsi Günay  Qasımova layiq görülüb.
 Digər finalçılar da təşkilatçılar tərəfindən mükafatlandırılıb. Bu il yenilik olaraq auditoriyanın seçdiyi qalib müəyyən olunub və mükafatlandırılıb. “ Auditoruyanın rəğbəti”  mükafatını da 1 yerə layiq görülmüş Bakı Mühəndislik Universitetinin tələbəsi Bəxtiyar Məmmədli qazanıb.