Milli Məclisin növbəti plenar iclası başladı

16 May 2017 12:36 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, iclasın gündəliyinə "Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında", "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında", "Kabel şəbəkəsi yayımı haqqında" qanun layihələrinin müzakirəsi, Şəhərsalma və Tikinti Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, "Məhkəmə-Hüquq Şurası haqqında", "Pasportlar haqqında", "Telekommunikasiya haqqında" və "Dini etiqad azadlığı haqqında" qanunlara dəyişikliklər olmaqla 10 məsələ daxildir.