Çunayevdən gözlənilməz məğlubiyyət

17 May 2017 11:34 (UTC+04:00)

Bu gün İslam Həmrəylik Oyunlarında güləş yarışlarına start verilib. Movqe.az goal.az-a istinadən xəbər verir ki, ilk olaraq xalçaya yunan-Roma güləşçiləri çıxıb. Rəsul Çunayev 1/4 finalda əlcəzairli rəqibini 1 dəqiqə 4 saniyəyə 8:0 edərək yarımfinala adlasa da, yarımfinalda iranlı Gerai Mohammadaliya uduzub. Çunayev 5:0 önə keçsə də, sonradan 6:5 hesabı ilə məğlub olub. 

1/8 finaldan azad olan 59 kq çəki dərəcəsində Murad Məmmədov ¼-də iranlı M. Nourbaxşla üz-üzə gələcək. 

80 kq-da Rafiq Hüseynov ¼ finalda qırğızıstanlı A. Azisbekovla qüvvəsini sınayacaq.

98 kq çəkidə Orxan Nuriyev də ¼ finaldan yarışa start verəcək. O, özbəkistanlı R. Assalakovla güləşəcək.