Erməni mahnısı paylaşan Özcan: "Heç bir millətin musiqisinə düşmən olmaram"

17 May 2017 19:06 (UTC+04:00)

Türkiyəli müğənni Özcan Deniz sosial şəbəkədə erməni mahnısını oxuyaraq paylaşmasına münasibət bildirib.

Movqe.az big.z-a istinadən xəbər verir ki, millətlər arasında fərq qoymadığını söyləyən sənətçi “Mi gna” mahnısının erməni dilində ifa edildiyini bilməyib:

“Mən musiqiçiyəm. Heç bir millətin musiqisinə düşmən olmaram. Radioda rastıma çıxdı, bütün komanda heyəti hansı dilə aid olduğunu düşünmədən əyləndik. O anımızı isə sizlərlə paylaşdıq. Mesajlardan sonra erməni mahnısı olduğunu bildim. Sizin həssaslığınızı başa düşərək lövhəmdən sildim. Biz yunanların da mahnısını paylaşırıq. Bizim mədəniyyətimizdə mahnılara düşmən olunmaz. Mənim ölkəmdə bir çox erməni var, sizin kimi düşünmürəm, düşünə də bilmirəm. Hamımız bu ölkədə Türkiyə vətəndaşı olaraq yaşayırıq. Sənətə, mədəniyyətə, musiqiyə düşmən olunmaz. Siyasətə düşmən olunar. 

Mən siyasətçi və siyasətlə məşğul olan sənətçi deyiləm. Azərbaycanlı qardaşlarımızın hirslərini anlayıram və həssaslıq göstərirəm. Mən Azərbaycana sizdən pul qazanmaq üçün konsert və film təqdim etmirəm. Oradakı dostlarımla bərabət türk kinosu ilə sizi yaxınlaşdırmaq istəyirəm. Sosial həyatınızı canlandırmağa çalışıram. Bu dünyaya türk, kürd, erməni, ərəb, yunan olduğu üçün baxmıram. Əgər baxsam, sənətçi olmaram. Onlar insan olduğu üçün baxıram. Sizi sevirəm, acılarınızı sonuna qədər paylaşıram. Sizdən bir mənfəət güdmürəm”. 

Erməni mahnısı paylaşan Özcan: "Heç bir millətin musiqisinə düşmən olmaram"